Hadisə

“Onun nəşinin Bakıya gətirilməsi üçün çalışırlar…” – Faciə

“Xalq artisti Canəli Əkbərovun mərhum qardaşının nəşi Bakıya gətiriləcək”.

Bu barədə məlumat Qaynarinfo-ya muğam ifaçısı Canəli Əkbərovun ailəsindən verilib. Ailədən bildirilən məlumata görə, hazırda Fərail Əkbərovun nəşinin vətənə gətirilməsi üçün işlərə başlanılıb:

“Hazırda onun nəşinin Bakıya gətirilməsi üçün çalışırlar. Mərhumun 59 yaşı var. İki uşaq atasıdır. Uzun müddətdir ki, Rusiyada yaşayırdı. Onu avtomobillə arxadan vurublar. Vuran sürücü sərxoş olub”.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Canəli Əkbərova agır itki üz verib. Sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu Rusiyada facəvi şəkildə həlak olub.

Bənzər yazılar

Back to top button