Cəmiyyət

Məzahir Pənahov nə qədər pensiya alacaq? (MƏBLƏĞ)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun alacağı pensiyanın miqdarı açıqlanıb.

AzToday.az Pravda.az-a istinadən xəbər verir ki, 1951-ci il təvəllüdlü M.Pənahov 2 448 manat pensiya alacaq.

Belə ki, hazırda vəzifə maaşı 3 060 manat olan M.Pənahova pensiyaya çıxdıqdan sonra bu məbləğin 80 faizi veriləcək.

Qeyd edək ki, artıq VI çağırış Milli Məclis formalaşıb, qanunauyğun olaraq MSK-nın da tərkibi yenidən formalaşmalıdır. Prosesin bu ilin sonunda baş verəcəyi bildirilir. M.Pənahovun namizədliyinin irəli sürülməyəcəyi qeyd olunur.

Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir

Bənzər yazılar

Back to top button