Dünya

ABŞ Türkmənistanı ittiham etdi: “COVID-19 haqda məlumatları gizlədirlər…”

ABŞ Türkmənistanı ittiham etdi: “COVID-19 haqda məlumatları gizlədirlər…”

“Türkmənistan hökuməti hələ də ölkədə COVID-19 hadisələrini rəsmi olaraq tanımayıb, görünür, yoluxma halı aşkar edilsə də, təsdiqləməyəcəklər”.

Qaynarinfo xəbər verir ki, bu sözlər ABŞ-ın Türkmənistandakı səfirliyinin saytında çıxan məlumatda yer alıb. Səfirlik hesab edir ki, ölkə hakimiyyəti koronavirusa yoluxma hallarıyla bağlı məlumatları gizlədə bilər.

Eyni zamanda, səfirlik, “ölkədə tətbiq olunan tədbirlərə, yəni COVID-19-a görə hökumət tərəfindən qoyulmuş sərt məhdudiyyətlər və məcburi karantin səbəbindən” turistlərin Türkmənistana səfərlərdən imtina etmələrini tövsiyə edib.

Müstəqil KİV-lərin məlumatına görə, ölkə hakimiyyəti toy və doğum günləri kimi kütləvi tədbirləri həm dövlət, həm şəxsi səviyyələrdə sərt karantin tədbirləri görməyib, baxmayaraq ki, müəyyən məhdudiyyətlər var. Mağazaların qarşısındakı izdihamlı növbələrdə heç kimin təhlükəsizlik məsafəsi saxlamadığı da məlumatlarda qeyd olunur.

Bənzər yazılar

Back to top button