Dünya

Paşinyanın mətbuat katibi məhkəməyə verilib

Mane Gevorkyan böhtan xarakterli siyasi bəyanatlara görə cavab verməli olacaq

AzToday.az “Hraparak” qəzetinə istinadən xəbər ki, son iki ildə Nikol Paşinyan iki mətbuat katibini (Arman Yeqoyan və Vladimir Karapetyan) əvəzləyib.

İndi bu postu Mane Gevorkyan tutur, əvvəlkilərdən fərqli olaraq, Paşinyanın “təsdiq edilməmiş məlumatlar” hiyləsindən istifadə edərək tez-tez siyasi bəyanatlar verir. Mətbuat katibinin müxtəlif siyasi xadimlərə qarşı bəyanatlarına görə bəziləri məhkəmə iddia qaldırıb.

Məhkəmə məlumat sistemi “Datalex”in məlumatına görə, iddiaçılar arasında Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Qagik Xachatryanın övladları – Artyom və Qurgen də var. İddia məhkəmə iclasında qəbul edilib, işə Serqo Yeritsyanın oğlu hakim Sarkis Yeritsyan baxacaq. Məhkəmə iclası iyulun 31-də baş tutacaq.

Digər iddiaçı “Vətən” partiyasının qurucusu Artur Vanetsyandır. Böhtan xarakterli məlumatlar yaydığına görə M.Gevorkayan qarşı qaldırılan iddia da məhkəmənin icraatına qəbul edilib. İş hakim Lilit Sarkisyana həvalə edilib, lakin məhkəmə iclasının tarixi hələ müəyyən edilməyib. Hər iki iddiaçı böhtan faktını ehtiva edən bilərəkdən yalan məlumatları təkzib etmələrini tələb edir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button