Şahmat millilərimizdən heç-heçə
Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının 7-ci turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi Polşa ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız isə İtaliya ilə qarşılaşıb. Hər iki milli heç-heçə edib.
Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.
Kişilər
Polşa – Azərbaycan – 2:2
Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof – 0,5:0,5
Teymur Rəcəbov – Rodoslav Voytaşek – 0,5:0,5
Arkadi Naydiç – Tomçak Yaçek – 0,5:0,5
Eltac Səfərli – Kamil Draqun – 0,5:0,5
E. Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.
Qadınlar
İtaliya – Azərbaycan 2:2
Günay Məmmədzadə – Olqa Zmina – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Marina Brunello – 0,5:0,5
Xanım Balacayeva – Desire Di Bendetto – 0,5:0,5
Zeynəb Məmmədyarova – Elena Sedina – 0,5:0,5
Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.