Bizim seçimSiyasət

Məşhur şahmatçı İlham Əliyevə icra başçısından şikayət etdi: “Bunlara biri “dur” desin” (FOTO)

66 saylı Biləsuvar secki dairəsində icra hakimiyyətinin seçki prosesinə müdaxilə etməsi ilə bağlı daha bir şikayət edilib.

AzToday.az xəbər verir ki, şahmat üzrə 3 qat Avropa cempionu, beynəlxalq dərəcəli qrossmeyster Rauf Məmmədov yenidən Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət ünvanlayıb.

Şikayətdə Rauf Məmmədov Biləsuvar rayon icra başçısı Mahir Quliyevin müşahidəçilərə təzyiq və hədə-qorxu gəldiyini bildirib:

“Möhtərəm prezident! 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd olan anam Əliyeva Lətifə Oruc qızına icra başçısı M. Quliyev və müavini Xanlar müəllim hər cür maneələr yaradır. Hətta anamın müşahidəçilərinə sabah keçiriləcək səçkilərdə öz vəzifələrini yerinə yetirməmək üçün hər cür təzyiqlər və hədə-qorxular gəlirlər. Xahiş edirəm bu qanunsuzluqları törədən icra başçısı Mahir Quliyevə və müavininə biri “dur” desin. Biləsuvar rayon İcra Hakimiyyəti bütünlüklə sizin islahatlara və keçiriləcək demokratik seçkilərə mane törətməklə dövlətə və sizə xəyanət edir. Seçki başa çatmadan digər namizəd Bəhruz Məhərrəmovu təyin edilmiş deputat elan edib və bunun yuxarıdan Prezident Aparatından təyin edildiyini hər kəsə elan edir. Bu şəxs dövlətin qanunlarını, qərarlarını, sərəncamlarını saya almamaqla nə etmək istəyir? Ümudimiz sizədir. Mahir Quliyevin bu qanuna zidd hərəkətlərinin qarşısını almaq üçün təcili tədbirlər görülməsini sizdən xahiş edirəm”.

Bənzər yazılar

Back to top button