Siyasət

44-cü dairədə müəmma: Zakir Fərəcov kimin yolunu təmizləyir?

44 saylı Sumqayıt-Xızı seçki dairəsində necə deyərlər sular durulur. Əvvəlcə deputatlığa namizədliyi qeydə alınmış bitərəf Hacı Salayevin namizədliyini gözlənilmədən geri götürdü. Bu seçkilərdə Yurddaş Partiyasının sədri Mais Səfərli qəfil meydana çıxdı, amma o da namizədliyi qeydə alındıqdan az sonra heç bir səbəb göstərmədən marafondan ayrıldı. Sən demə, bundan sonra tanımış şahmatçı, Sumqayıtın fəxri Zeynəb Məmmədyarovaya da namizədliyini geri götürməsi üçün müraciət olunub. Amma qrossmeyster bu təklifi rədd edib. Araşdırmalarımızdan sonra məlum oldu ki, bütün bu oyunlar 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşfiq Fazil oğlunu millət vəkili seçdirmək üçüm imiş. Bütün bunların başında isə Sumqayıt şəhər icra hakmiyətinin başçısı Zakir Fərəcov durur.

Niyəsi isə çox sadədir: Müşfiq Məmmədov Zakir Fərəcovun ən yaxın adamlarından olan “Qartal” Tikinti Firmasının direktoru Şahin Məmmədovun bacısı oğludur. Sumqayıtdakı mənbənin dediyinə görə, bu şəhərdə aparılan əksər tikinti işləri məhz Fərəcov tərəfindən Məmmədova tapşırılır. Mənbə ortada külli miqdarda paranın da olduğu barədə bilgilər verir. Amma bütün bunları dəqiqləşdirmək imkanından məhrumuq. Bir sözlə, 44-cü dairədə Müşfiq Məmmədovun deputat seçilməsi üçün onun yolunu təmizləməklə məşğuldurlar. (nuh.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button