Hadisə

Qazax məktəbində bıçaqlanma: 9-cu sinif şagirdi məktəb yoldaşını vurdu

“Hazırda 10-cu sinif şagirdi Nihat Əliyev əməliyyatdadır”.

Bu barədə Qaynarinfo-ya Qazax Müalicə Diaqnostika Mərkəzindən məlumat verilib.

Qazax rayon 1 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyev 9-cu sinif şagirdi Məhəmməd Qasımov tərəfindən bıçaqlanıb.

Qazax rayon Təhsil Şöbəsindən isə Qaynarinfo-ya bildirilib ki, iki şagird arasında baş verən bıçaqlanma hadisəsinin əsas səbəbi aydın deyil:

“Hadisə iki şagird arasında olub. Biri o birini bıçaqlayıb. Hazırda təhsil şöbəsinin bütün rəhbərliyi xəstəxanadadır”.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyətinin necə olacağı əməliyyatdan sonra aydın olacaq: “Hazırda əməliyyatdadır. Onu mədəsindən bıçaqlayıblar. Əməliyyat bitsin, sonra vəziyyəti aydınlaşacaq.

Bənzər yazılar

Back to top button