Hadisə

Bakıda sərxoş qız dənizə yıxıldı

Mayın 9-da Bakı sakini, 1996-cı il təvəllüdlü Günay Şirəliyeva sahildə gəzərkən dənizə yıxılıb.

AzToday.Az xəbər verir ki, hadisə səhər saat 05:25-də Neftçilər prospektində dənizkənarı Milli parkda baş verib.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qız həmin an xoşbəxtlikdən tək olmayıb və onu dərhal sudan çıxarıblar. Hazırda Şirəliyeva Kliniki Tibbi Mərkəzdədir.

Onun həmin anda sərxoş olduğu, hava almaq üçün bulvara çıxdığı, amma başı gicəllənərək dənizə yıxıldığı bildirilir.

Bənzər yazılar

Back to top button