Digər

Sabiq prezident 15 min avro pensiya alacaq

Fransanın sabiq prezidenti Fransua Ollandın alacağı pensiyanın məbləği açıqlanıb.

AzToday.Az xəbər verir ki, mayın 16-da vəzifəsinin icrasını Emmanuel Makrona təhvil verməyə hazırlaşan Ollandın 15 144 avro (27 644 AZN) pensiya alacağı bildirilir.

Məlumata görə, Olland sadəcə prezident olduğu üçün 5 200 avro (4 380 AZN) pensiya alacaq.

Parlamentari, yerli seçkilərdə tutduğu vəzifə, vəkillik və müfəttişliyə görə alacağı pensiya ilə birlikdə bu məbləğ aylıq 15 144 avroya çatacaq.

Qeyd edək ki, Olland prezident olduğu dövrdə 14 910 avro (27 217 AZN) maaş alırdı.

Onun sələfi olan Nikolas Sarkozi isə bu vəzifənin icrasına görə 21 300 avro (38 880 AZN) maaş alıb.

Fransua Olland alacağı pensiya ilə yanaşı heç bir ödəniş etmədən ona ayrılmış evdə yaşaya biləcək. Sabiq dövlət başçısı olması səbəbindən Ollandın 7 köməkçisi olacaq, səyahət və dəvət kimi xərcləri də dövlət büdcəsindən ödənəcək.

Bənzər yazılar

Back to top button