Cəmiyyət

Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq – VİDEO

Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov sabah IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.

AzToday.Az xəbər verir ki, A.Qasımov azvision.az-a, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında muğam ifa etməyəcəyini bildirib.

“Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” – deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Alim Qasımov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində “Qarabağ” şikəstəsini ifa etmişdi.

Bənzər yazılar

Back to top button