İdman

“Bayern” heyətini yenidən quracaq – Yalnız bu 4 oyunçu toxunulmazdır

Baş məşqçi ilə bağlı vəziyyətdən asılı olmayaraq, “Bayern Münhen” yayda heyətində əsaslı islahat planlaşdırır.

Fanat.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçulardan yalnız Harri Keyn, Tomas Müller, Camal Musiala və Manuel Noyer öz yerləri üçün narahat ola bilməz. Qalan futbolçuların çıxışı mövsümün sonunda qiymətləndiriləcək və klub yeni gələnlərin transferi üçün lazımi məbləği toplamaqdan ötəri onların hər birini satmağa hazırdır.

Münhen komandası son olaraq bütün yarışlarda üç oyunluq məğlubiyyət seriyası yaşayır. Bundesliqada “Bayer”dən 8 xal geri qalan “Bayern” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Latsio”ya 0:1 hesabı ilə uduzub.

Bənzər yazılar

Back to top button