Ayətullah Sistaninin “taxtı” uğrunda qovğalar – Şiə ruhanilərinin nüfuz savaşı (Təhlil)

Print Friendly, PDF & Email

Mübahisəli ruhani Müqtəda Sədrə, Sədr Hərəkatının liderinə, əhəmiyyətli dərəcədə nümayiş dəstəyi davam edərkən, Qumdakı şiə ruhaniləri etirazların dağıdıcı qarışıqlığa səbəb olacağını iddia edərək qınaq fətvaları verdilər.

Ən son nümayişlər Bağdadda və İraqın cənubundakı digər şiə şəhərlərində keçirilib. Beş etirazçı ölüb, 320 nəfər yaralanıb.

İraqdakı etirazlarlarla bağlı bəzi şiə ruhaniləri, məsələn, Şeyx Kazim əl-Haeri və Şeyx Mehdi Asəfi də fətvalar verib.

İran rejiminə yaxın din xadimi Şeyx Seyyid Kamal Heydəri dini mühazirəsində bildirib: “İslahat yalnız Konstitusiya və qanuni təsisatlar çərçivəsində olmalıdır. Mənim dini və siyasi mövqeyim budur ki, təsisat islahatları küçələrdə dilənməklə baş verə bilməz”.

Eyni zamanda, Sədr Hərəkatı onu kəskin şəkildə ədalətsizlik, qərəzsizlik və İraq işlərində qəfillikdə ittiham edib. Saleh Məhəmməd əl-İraqi, Sədr Hərəkət liderinin yaxın silahdaşı və bir növ, onun sözçüsü Heydərini acı sözlərlə tənqid edib:

“Müəyyən bir mövzu ilə əlaqədar rəy verməniz üçün ədalətli olmalı və hadisələrin inkişafını izləməlisniz. Siz Qum şəhərində yaşayırsınızsa, Nəcəfin işlərinə qarışa bilməzsiniz”.

Bu – Müqtəda Sədr və Seyyid Kamal Heydəri arasında kəskinləşən mübahisə – əslində, iki dini tədris hövzəsinin – Qum və Nəcəfin fərqli baxışlarının göstəricisidir. İki məktəb arasında din və dövlətlə bağlı mübahisələr şaha qarşı İran İslam İnqilabı və din xadimlərinin ölkənin siyasi işlərinə qarışması ilə başlayıb.

Qumdan fərqli olaraq, Nəcəf məktəbi 2003-cü sonra belə hökumət və siyasətdən bəlli məsafəsini saxlayıb.

Nəcəf köhnə məktəbi təmsil edərkən, digər məktəb “Velayət-e fəqih” nəzəriyyəsi ilə müasir baxış hesab edilir.

İraqdakı qeyri-sabit siyasi vəziyyəttədricən genişlənir, çünki dini mövzulara İraqın indiki siyasi məsələlər də daxil edilir.

Seyyid Kamal Heydəri İran rejiminin tam dəstəyinə malikdir. Ərəb dilində yayımlanan rəsmi “Əl-Kövsər” TV (İran) ona on ildir nümayiş imkanı təqdim edib. İran mövqeyinə əks ideoloji mövqelərin tənqidi məqsədilə İraqdakı şiələr arasında Heydərinin şöhrəti və nüfuzu təmin olunur.

Şeyx Heydəriyə yaxın bir qaynaq, anonum qalmaq şərtilə bildirib ki, o, İranın ali dini lideri Ayətullah Xamneidən birbaşa aylıq maliyyə dəstəyi alır. Bundan başqa, İran rejimi Şeyx Heydərini İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təhlükəsizlik mühafizəsi ilə təmin edib. Halbuki Qumdakı bir çox digər böyük ruhanilərin belə bir imtiyazı yoxdur.

Nəticədə, Seyyid Kamal Heydəri dini avtoritet olduğunu iddia edir və iraqlılar arasında təsir dairəsini genişləndirir. Bu gün o, öz siyasi baxışlarını çatdırılmaqla yanaşı, şiə ilahiyyatı, fiqh (hüquq) və mistisizm haqqında həftəlik mühazirələr oxuyur.

Eyni zamanda, o, 2003-cü ildən bəri Nəcəf dini hövzəsində populyarlıq qazanmağa çalışır, lakin ənənəvi məktəbdə onun fikirlərinə müxalifət olduğundan bu cəhdlər hələlik uğursuz olub.

Heydəri hətta ənənəvi Nəcəf məktəbinə və onun əsas sütunları olan mərhum Ayətullah Əbülqasim Xoyi və Seyyid Əli Sistaniyə qarşı çıxması ilə tanınır. Onların arasında mübahisə səbəb Heydərinin əvvəldən İrandakı “Velayat-e fəqih”ə mənsubluğu idi. Nəcəf məktəbinə qarşı çıxan Heydəri indi 86 yaşlı Sistanidən sonra onun yerinə baş namizəddir.

Eyni zamanda, Sədr Hərəkatının daxilində də Nəcəf və ya Qum ilə bağlı olmaqla bağlı qeyri-sabitlik hökm sürür. Sədr Hərəkatı ənənəvi Nəcəf məktəbinə qarşı fundamentalist şiə baxışının məhsulu hesab olunur. Müqtəda Sədrin atası Seyyid Məhəmməd Sədr Ayətullah Sistani və Nəcəfin digər nüfuzlu ruhaniləri ilə acı və uzun mübarizədə iştirak edib. Çünki Sistani bu cür ruhaniləri həmişə məsafədə saxlayıb.

1999-cu ildə, atasının ölümündən sonra Müqtəda Sədr ABŞ qüvvələrinə müqavimət məqsədilə “Mehdi Ordusu”nu yaratmaq üçün Ayətullah Haerinin himayəsindən faydalanıb.

Öz mövqeyində müstəqilliyə can atdığından sonralar Müqtəda Sədr və Haeri arasında pozuluşma baş verdi.

Bu, 2013-ci ilin avqustinda Seyyid Kamal Heydərinin Müqtəda Sədrə müraciət etməsi ilə nəticələndi. O zaman Sədr ofisinin direktoru Şeyx Mahmud Cayaşi onlar arasında görüş təşkil etmək istəyirdi, çünki özü də Heydərinin ən görkəmli şagirdlərindən biri idi.

Görüşdən sonra mətbuat konfransı təşkil edildi. Sədrin ofisi elan etdi ki, “bölgənin və ümumən İraqın cari məsələləri müzakirə edilib” və “hər iki tərəf gələcəkdə mövqelərini koordinasiya etmək qərarına gəliblər”.

Bu onu göstərir ki, iki tərəf arasında mövcud siyasi mübahisələrə baxmayaraq, Müqtəda Sədrə öz mövqeyini yenidən nəzərdən keçirməyə məcburdur, çünki himayəni və populyarlığı itirməkdən ehtiyatlanır.

Bir sözlə, bütün bu hadisələr 2003-cü ildən sonra İraqdakı siyasi prosesin ən güclü və ən mühüm sponsoru olan Ayətullah Sistaninin ölümündən sonra İraq cəmiyyətinin başı üzərini alacaq geniş siyasi və dini fikir ayrılıqlarının əlamətləridir.

Tərcümə: Strateq.az

...