Cəmiyyət

Azərbaycanda diplomu tanınan xarici universitetlərin adları acıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisaslar ölkə ərazisində tanınmayıb. Bu barədə Təhsli Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının ölkədə filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:

– Dağıstan Dövlət Universiteti;

– Cənubi Rusiya Humanitar İnstitutu;

– Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

– Rusiya Dövlət Sosial Universiteti.

Təhsil Nazirliyi əhalinin diqqətinə çatdırır ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar tanınır:

– Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il – 01.09.2010-cu illər ərzində);

– Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

– V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

– İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Bənzər yazılar

Back to top button