Siyasət

Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığı möhkəmləndirirlər

Oktyabrın 31-də Moskvada Rusiya baş nazirinin müavini Aleksandr Novak və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın genişləndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Federasiyası hökumətinin saytındakı məlumatda deyilir.

Ölkələr arasında əmtəə dövriyyəsinin artımı qeyd olunub. 2022-ci ilin yekunlarına görə, qarşılıqlı ticarətin həcmi 25 faiz artıb. 2023- cü ilin yanvar-avqust aylarında əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artıb.

“Rusiyanın ən böyük neft-qaz konsernləri Azərbaycanla çalışırlar, onlar qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazırdır. Əsasən, Rusiya karbohidrogenlərinin Azərbaycan güclərində tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifəmiz səylərimizi birləşdirməkdir”, – Aleksandr Novak deyib.

Danışıqlar zamanı Rusiya neft-qaz şirkətlərinin Azərbaycan ərazisində yeni hasilat layihələrində iştirakı, onların Azərbaycanda yanacaq satışı üzrə biznesinin genişləndirilməsi, o cümlədən Rusiya neftinin Tixoretsk-Bakı neft kəmərilə revers nəqlinin artırılması məsələləri müzalkirə edilib.

Həmçinin idxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın perspektivləri müzakirə olunub.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button