Dünya

Kim Çen Inın komaya düşməsi iddiası ortaya çıxıb

Bu il ərzində dəfələrlə Kim Çen Inın ölməsi xəbəri səslənib. Şimali Koreya lideri bir neçə dəfə ortadan yox olub.

Bizimyol.info xəbər verir ki, indi də Kim Çen Inın komaya düşməsi iddiası ortaya çıxıb. KXDR rejiminin keçmiş diplomatlarından Çanq Sonq-Minin sözlərinə görə, dövlət başçısı aylardır komadadır, amma məsələ gizli saxlanılır. Cənubi Koreya mətbuatı Kim Çen Inın son fotolarının saxta olduğunu bildirir.

Saxta fotolar Çanq Sonq-Minin açıqlamasından sonra ortaya atılıb. Diplomat Kim Çen Inın ürək əməliyyatından sonra komaya düşdüyünü açıqlamışdı. Bunun ardınca KXDR televiziyası liderin saxta fotolarını yaymağa başlamışdı.

Son aylar Kim Çen Inın bacısı Kim Yo Çjon siyasi səhnədə daha çox görünməyə başlayıb. İndi ölkəni məhz onun idarə etdiyi iddia olunur.

Kim Yo Çjon haqda geniş məlumat yoxdur. Onun 1988-ci il sentyabrın 26-da Pxenyanda doğulduğu məlumdur. Kim Yo Çjon evlidir, bir övladı var. Rəsmi mövqe kimi Əmək Partiyasının Siyasi Bürosunda yer alır.

Bənzər yazılar

Back to top button