Dünya

İran 4 nəfəri İsrail kəşfiyyatı ilə əlaqəyə görə edam edib – İran dövlət mediası

Reuters: İran dövlət mediasının verdiyi məlumata görə, Ali Məhkəmə şikayətlərini rədd etdikdən sonra İran rəsmilərinin İsrail kəşfiyyatı ilə əlaqəsi olduğunu söylədiyi 4 nəfər haqqında edam hökmü çıxarıb.

Təqsirləndirilən şəxslər İsfahanda İran Müdafiə Nazirliyi üçün avadanlıq istehsal edən zavodu partlatmaq məqsədilə əməliyyat keçirmək üçün İraq Kürdüstanından İrana qanunsuz daxil olmaqda ittiham ediliblər.

Məlumatlara görə, onların əməliyyatı 2022-ci ilin yayında İsrailin “Mossad” təşkilatının tapşırığı ilə baş verməli idi və İran kəşfiyyatı tərəfindən qarşısı alınıb.

İran və İsrail çoxdankı düşmənlərdir və hazırda İranın nüvə proqramı ilə bağlı gərgin münasibətləri var. İsrail İranı ona qarşı silahlı hücumları dəstəkləməkdə ittiham edir, İran isə İsrailin İran rəsmiləri və alimlərinə qarşı bir sıra sui-qəsdlər həyata keçirdiyini iddia edir. İsrail bunu nə təsdiq, nə də təkzib edir.(Turan)

Bənzər yazılar

Back to top button