DünyaSağlamlıq

Koronavirusun sirləri açılır – Dərman hazırlamaq asanlaşır

Koronavirusa yoluxanların bir çoxunda ağ ciyərlərdə qaz dövriyyəsi üçün zəruri olan hemoqlobin səviyyəsinin düşməsi müşahidə edilir.

“Science” jurnalı xəbər verir ki, bunu italiyalı və çinli həkimlər təsbit edib.

Mütəxəssislər bu qənaətə gəliblər ki, virusun zülalları hemoqlobindən dəmiri xaric edərək, porfirinləri bir-birinə bağlayır.

Hücuma məruz qalan hüceyrələr isə buna cavab olaraq iltihablaşmanı dərinləşdirir.

Praktiki baxımdan bu o deməkdir ki, artıq mövcud olan bir sıra preparat koronavirusa qalib gəlməyə kömək edə bilər.

Məsələn, malyariyaya qarşı istifadə edilən xloroxin hemoqlobini virus zülallarının hücumlarından qoruya bilər.

Virusa qarşı istifadə edilən favipiravir isə onun sağlam hüceyrələrə daxil olmasının qarşını alacaq.(oxu.az)

Bənzər yazılar

Back to top button