GündəmManşetÖnə çıxanlarSiyasət

Azərbaycan XİN ermənilərin Qarabağı danışıqlara qoşmaq çağırışları haqqında

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın nizamlanma üzrə danışıqların tamhüquqlu iştirakçısı olmalı olduğu barədə tezisi elan edib. Bu zaman Yerevan münaqişənin maraqlı tərəfi olaraq qalacaq.

Bu tezis Ermənistanın yeni hakimiyyətinin rəsmi mövqeyinə çevrilib, hakimiyyət nümayəndələri bütün səviyyələrdə bunu təkrarlamaqdan yorulmurlar.

Bununla əlaqədar Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev şərh yayıb.

ATƏT-in 1992-ci il Minsk Konfransının mandatına əsasən, Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan, maraqlı tərəflər isə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarıdır, deyə o qeyd edib. (Turan.az)

Bənzər yazılar

Back to top button