Dünya

İsrailin müharibəni necə aparması önəmlidir – Blinken

ABŞ-ın dövlət katibi Antoni Blinken Tel-Əvivdə İsrail liderləri ilə görüşdən sonra cümə günü həmrəylik mesajı verib. Eyni zamanda o deyib ki, “İsrailin müharibəni necə aparması önəmlidir”.

Blinken mühasirədə olan Qəzzaya daha çox humanitar yardımın çatması üçün Təl-Əvivə gəlib. Eyni zamanda İsrail ordusu isə qoşunlarının HƏMAS terrorçularını məğlub etmək üçün Qəzzanın blokadasını gücləndirdiyini bildirib.

Blinken İsrail prezidenti İsaak Hersoqla birgə brifinqdə deyib: “Biz İsrailin özünü müdafiə etmək hüququnu və məsuliyyətini qətiyyətlə dəstəkləyirik və oktyabrın 7-nin bir daha təkrarlanmaması üçün mümkün olan hər şeyi edirik”.

Eyni zamanda, o, əlavə edib ki, “çarpaz atəşə tutulan mülki şəxslərin müdafiəsini təmin etmək və buna ehtiyacı olan və oktyabrın 7-də baş verənlərə görə heç bir məsuliyyət daşımayanlara yardım göstərmək çox vacibdir”.

Blinken cümə günü Təl-Əvivdə baş nazir Benyamin Netanyahu və hərbçilərlə də görüşüb. (Turan)

Bənzər yazılar

Back to top button