DünyaManşet

Paşinyanı biabır edən kadrlara görə icraçı direktor istefa verib (VIDEO)

Ermənistanın İctimai televiziyasının işdən qovulan digər əməkdaşı V. Akopyan isə bu məsələdə baş nazirin mətbuat katibi Mane Gevorkyanı günahlandırıb

Ermənistanın İctimai Televiziyasının icraçı direktoru Marqarita Qriqoryan bəyanat yayaraq istefa verdiyini elan edib.

AzToday.az “Panorama.am” saytına istinadən xəbər verir ki, onun bəyanatında əsasən bunlar qeyd edilib:

“Ermənistanın baş nazirinin çıxışından əvvəl qeydə alınan görüntüləri yayımlamaq yolverilməzdir və tərəfdaşlığı və etik prinsipləri pozan bu ucuz hərəkətləri səmimi şəkildə qınayıram. Mən özüm də illərdir media tərəfindən oxşar hücumlara məruz qalmışam və arxada zərbənin nə demək olduğunu başa düşürəm”.

Buna qədər “Aysor.am” saytı xəbər yaymışdı ki, aprelin 17-də canlı yayıma çıxan Nikol Paşinyanın hazırlıq prosesinin (həmin görüntülərdə Paşinyan öskürür, dərman içir, butulkadan su içir, qeyri-adi hərəkətlər edir)  efirə getməsinə görə günahlandırılan İctimai televiziyasının əməkdaşı da işdən qovulub. Belə ki, baş nazirin canlı yayımının təmin olunmasına cavabdeh olan teleşirkətin yaradıcılıq məsələləri üzrə direktoru Vardan Hakopyan vəzifəsindən azad edilib.

Bundan əvvəl, Ermənistan İctimai televiziya şirkətinin aparatı baş nazir N. Paşinyanın canlı yayımından əvvəl texniki məşqinin kadrlarındn ibarət videonun sosial şəbəkədə yayılmasından dərin təəssüf hissi keçirdiyini bildirmişdi.

V.Hakopyan isə canlı yaymdan əvvəl bütün hazırlıq işlərində şəxsən iştirak etdiyini, efirdə fasiləsiz texniki işlərin aparıldığını bildirib. O qeyd edib ki, onunla birlikdə baş nazirin mətbuat katibi Mane Gevorkyan da rejissor otağında olub.

“Peşə üzrə təlimatları verirəm və əməl edirəm. Şəxsən mən texniki siqnaldan əvvəl “Biz Rec-dəyik” dedim. Bu o deməkdir ki, baş nazirə dərhal məlumat verilməli idi. Mən özüm baş nazirə xatırlada bilərdim, amma əvvəllər qeyd edildiyi kimi, mən yalnız texniki təminat baxımından bu qrupun üzvü idim. Canlı yayım barədə baş nazirə kim məlumat verməlidir? Peşəkar fəaliyyətim başqalarının vəzifə borclarını öz üzərimə götürməyə imkan vermir”. O, bir neçə dəfə N.Paşinyanın canlı yayımlarının təşkili ilə məşğul olduğunu, videolar hazırladığını və detallara düzəliş verdiyini, lakin özünün heç vaxt baş nazirə canlı yayımla bağlı xəbərdarlıq etmədiyini, bunu təşkilatçının yerinə yetirdiyini bildirib.

Baş nazirin mətbuat katibi Mane Gevorkyan isə deyib ki, çıxışdan əvvəl baş verənlərin digər telekanallar tərəfindən nümayiş etdirilməsi qeyri-peşəkarlıqdan qaynaqlanıb: “Çünki hətta sahədəki təcrübəsiz mütəxəssislər belə baş naziri kamera qarşısında dayanmağa dəvət etməzdən əvvəl yayımın sınaqdan keçirildiyini bilirlər”. (Paşinyanın biabır olduğu həmin videogörüntülər ağaşıdakı linkdədir)

https://youtu.be/RQT11IV_64M

Bənzər yazılar

Back to top button