Dünya

Liviyada dəhşətli mənzərə: Xəstəxanalardan birində qadınlar və uşaqların da olduğu 106 cəsəd aşkarlanıb

Şəhərin xəstəxanasında 106 cəsəd aşkarlanıb.

AzToday.az “Anadolu” Agentliyi istinadən xəbər verir ki, Liviyanın Tarhun şəhəri Xəlifə Haftarın muzdlularından təmizləndikdən sonra hökumət qüvvələri şəhərin xəstəxanalarından birində dəhşətli mənzərənin şahidi olublar. Belə ki, Tarhun şəhərindəki xəstəxanalardan birində aralarında qadınlar və uşaqların da olduğu 106 cəsəd aşkarlanıb.

Xatırladaq ki, Tarhun əyalətinin inzibati mərkəzi 5 iyun cümə günü Xəlifə Haftarın muzdlularından təmizlənib. Bununla da, Liviya Milli Barışıq Hökümətinin Ordusu, Tripolidən 90 km cənub-şərqdə strateji əhəmiyyətli yaşayış məntəqəsinə tam nəzarəti təmin edib.

Haftar tərəfində vuruşan 9-cu briqadadan (Əl-Kainat) olan yaraqlılar cümə günü gecə Tarhunu tərk ediblər. Bundan sonra hökumət qüvvələri üçün yeni bir hədəf – Sirt və Cufra şəhərləri, həmçinin Liviyanın cənub neft bölgələridir.

Qeyd edək ki, Tarhun şəhəri uzun müddətdir Haftar tərəfdarları tərəfindən paytaxta hücum üçün bir logistika mərkəzi kimi istifadə olunub.

Son həftələrdə Liviya Milli Barışıq Hökümətinin Ordusu, Türkiyənin dəstəyi ilə Haftar muzdlularına qarşı mübarizədə mühüm uğurlar əldə edib.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button