İdman

Baş məşqçisiz Əfqanıstan millisi DÇ-2026-nın seçmə mərhələsinə vəsiqə qazandı

Əfqanıstan millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda görüşdə səfərdə Monqolustanla qarşılaşıb.

Qol.az xəbər verir ki, Əfqanıstan rəqibini məğlub edib – 1:0. Yeganə qolu 71-ci dəqiqədə Fərşad Nor vurub.

Əfqanıstan yığması matçda baş məşqçisi Anuş Dəstgirsiz çıxıb. Oyundan əvvəl o, millinin futbolçuları ilə mübahisə edib və oyunlar üçün ərizə doldurmaqdan imtina edərək komandasına texniki məğlubiyyət verilməsini təklif edib. Futbolçular ərizəni özləri dolduraraq matça çıxıblar.

Artıq Əfqanıstan millisi 2026-cı il dünya çempionatının qrup seçmə turnirində çıxış edəcək.

Bənzər yazılar

Back to top button