İdman

“Arsenal” 55 milyon avro tələb edir, “Barselona” qiyməti aşağı salmağa çalışır

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını “Barselona”da davam etdirə bilər.

Fanat.Az “Diario Sport”a istinadən xəbər verir ki, “Arsenal” 55 milyon avro qarşılığında Obameyanqı satmağa hazırdı. “Barselona” tərəfi transfer məbləğini aşağı salmağa çalışır.

Katalon klubu qış “transfer pəncərəsi”ndə qabonlu futbolçunu heyətinə qatmağa çalışsa da, “topçular”dan rədd cavabı almışdı.

“Arsenal” Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə Obameyanqın komandanı tərk edəcəyi gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button