GündəmHadisə

Sarıbaba yüksəkliyində mina sahəsi zərərsizləşdirilib

Noyabrın 21-də minalardan təmizləmə işləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələri Sarıbaba yüksəkliyinin (1500 metr) şimalında mina sahəsi aşkar ediblər.

Bunlar 2021-ci ildə (İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra) Ermənistanda istehsal olunan 350 ədəd minadır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, Qarabağın cənub-qərbindəki Sarıbaba yüksəkliyi bu ilin avqustunda əks-terror əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulub.

Bənzər yazılar

Back to top button