Həbsdəki iş adamı Gülağa Tənhaya niyə yalvarır?

Print Friendly, PDF & Email

Dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı İlham Qasımov azadlığa çıxmaq borclu olduğu şəxslərin pulunu ödəmək istəyir.

Bununla bağlı AzToday.az daxil olan məlumata görə, İlham Qasımov azadlığa çıxması üçün 19 milyon dollarını mənimsədiyi tanınmış iş adamı Gülağa Tənhaya elçi düşüb.

Saytımıza verilən məlumatda vurğulanır ki, İlham Qasımov yaxın ailə üzvlərinin və dostlarının köməkliyi ilə Gülağa Tənhaya xahiş edərək atdığı pulları qaytarmaqla yanaşı əlavə bir neçə milyon manat da verərək şikayətini geri götürməyi və azadlığa çıxması üçün yardımçı olmasını istəyir.

Qasımovlar ailəsinə yaxın bir iş adamının verdiyi məlumata görə, hətta İlham Qasımov Gülağa Tənha ilə telefon vasitəsi ilə danışıb, ona yalavararaq ağır xəstə olduğunu və azadlığa çıxmaq istədiyini deyib.

Məlumatda bildirilir ki, İlham Qasımovun tikinti biznesini idarə edən yaxın qohumları yaxın ətrafına açıq şəkildə dayılarının azadlığa çıxması üçün bir çox obyektləri satışa çıxartdığını bildirib. Mənbənin sözlərinə görə, 5 milyon dollar qarşılığında Ali Məhkəmədə Qasımova şərti cəza yaxud ev dustaqlığı ilə əvəzlənməsi təmin ediləcək.

...