Dünya

92 nəfərin öldüyü Rusiya təyyarəsində qəzanın səbəbi açıqlandı

Rusiya Müdafiə Nazirliyinə aid “Tu-154” tipli hərbi təyyarənin qəzaya uğramasının səbəbi açıqlanıb.

AzToday.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada, qəza ilə əlaqədar aparılan ətraflı təhqiqat nəticəsində təyyarədə texniki nasazlıq aşkarlanmadığı, yanacaq və baqaj ağırlığının müəyyən edilmiş çəkidə olduğu, qəzanın pilotun səhvi ucabıtndan baş verdiyi qeyd edilib. Bildirilib ki, pilot, təyyarənin idarəetməsində müəyyən səhvlərə yol verib.

Xatırladaq ki, 2016-cı il dekabrın 25-də Suriyaya getmək üçün havaya qalxan və Soçidə yanacaq dolduran “Tu-154” təyyarəsi uçuşdan bir müddət sonra qəza nəticəsində Qara dənizə düşmüşdü. Suriyadakı Hımeymim hərbi bazasında rus hərbçiləri üçün yeni il tədbiri keçirməyə gedən təyyarədə yüksək rütbəli hərbçilər, hüquq müdafiəçiləri və Rusiya Qızıl ordu xorunun üzvləri vardı. Təyyarədə olan 92 nəfərin hamısı ölmüşdü.

Rusiya Müdafiə Nazirliyi qəza barədə təhqiqata xitam verildiyini açıqlayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button