ŞOK! Qırıcı təyyarə öz mövqelərini vurdu – onlarla əsgər öldü və yaralandı

Print Friendly, PDF & Email

Filippində çox sayda hərbçinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AzToday.Az “İHA”ya istinadən xəbər verir ki, Filippin Hərbi hava donanmasına aid qırıcı təyyarə səhvən öz mövqelərini vurub.

Hadisə Maravi şəhərində İŞİD-in bu ölkədəki qolu olan “Maute” qruplaşmasına qarşı keçirilən əməliyyat vaxtı baş verib. Hadisə vaxtı 11 hərbçi ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Müdafiə naziri Delfin Lorenzana, Filippin Baş qərargah rəisi Eduardo Ano rəhbərliyində komissiya qurulduğunu, faktın araşdırıldığını deyib. Nazir, Hava donanmasının bu cür səhvinə görə təəssüf etdiyini bildirib. Lorenzana əməliyyatda 2 qırıcının iştirak etdiyini, 2-ci təyyarənin hədəfini qarışdıraraq əsgərləri vurduğunu açıqlayıb. Yaralı əsgərlərin müalicəsinin davam etdiyi bildirilib.

“Bəzən bu cür səhvlər olur. Ümidvaram ki, bir daha olmaz. Əlimizdən sadəcə, bu səhvin bir daha təkrar etməyəcəyini bəyan etmək gəlir.” – deyə nazir vurğulayıb.

...