Cəmiyyət

Sabaha yağntılı, küləkli hava gözlənilir

Sabah, cümə axşamı, noyabrın 23-ü gecəyə doğru Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, arabir güclənən cənub-qərb küləyinin axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlaırnda hava şəraitinə gəlincə, bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button