Bürclər: 2 iyun

Print Friendly, PDF & Email

Qoç – sənədləri imzalaya, müqavilələr bağlaya, vədlər verə bilərsiniz: bu gün başlanan əməkdaşlıq, işbirliyi çox məhsuldar və qarşılıqlı şəkildə sərfəli olacaq.

Buğa – emosional fon əladır, bütün gün ərzində nikbinliyinizi qoruyub saxlayacaqsınız. Xoş niyyətli insanlar sizə doğru can atacaqlar. Yaxın insanlar arasında münasibətlər gərginləşir. Bir çoxları bir sözü deyib, başqa şey fikirləşirlər. Bunun səbəbi heç də hiyləgərlik deyil, sadəcə, bu cür davranış əsl fikirləri ifadə etməkdən daha asandır.

Əkizlər – yeni ideyalar sizi böyük qüvvə ilə özünə cəzb edir. Onlar nə qədər cəsur və orijinaldırsa, sizin onlara marağınız bir o qədər güclüdür. Təəssüf ki, məhz bu cəhət sizə problemlər yaradır: bu gün hansı ideyaların daha doğru, sərfəli olduğunu təyin etmək sizə çətindir

Xərçəng – bəzi Xərçənglər “əbədi mühərrik” axtarışında olduqlarını dərk edənədək başları daşdan-daşa dəyəcək. Yaxınlarınızla münasibətləri də yaxşı və asan adlandırmaq olmaz. Sizə elə gəlir ki, sizdən nəyisə gizlədirlər, ya da heç eşitmək istəmədiyiniz xəbərləri çatdırırlar.

Şir – nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz. Eyni zamanda, sizə böyük köməyi dəyəcək bir neçə tərəfdaş tapmaq da mümkündür. Əgər bu gün yeni bir işə başlayırsınızsa, kollektivlə tezliklə qaynayıb-qarışacaq və özünüzə əsl dostlar tapacaqsınız. Əlinizə pul gələ bilər.

Qız – hansısa ailə tədbirlərinə vaxtınız çatmaya bilər. Bəzi Qızlar dostları, yaxud sevgililəri ilə bu günə təyin etdikləri görüşləri təxirə salmalı olacaqlar. Səfərdə olanlar isə gözlənilməz və səbəbi bəlli olmayan gecikmələrlə rastlaşa bilərlər.

Tərəzi – yaradıcı potensialınız yüksəkdir. Bir çox Tərəzilər bü gun qeyri-standart qərarlar qəbul edəcək, qeyri-adi və izahı o qədər də asan olmayan hərəkətlər edəcəklər. Bəli, siz daha çox emosiyalarınızın təsiri altında hərəkət edirsiniz, məntiqinizin səsinə qulaq asmaq fikriniz yoxdur. Əslində, bu yanaşma elə də pis deyil. Təşkilatı bacarıqlarınız da parlaqdır.

Əqrəb – yaxınlarınızla ümumi məxrəcə gəlmək elə də asan olmayacaq. Sizin hərəkətləriniz onları çox zaman təəccübləndirir, amma bunun onların xoşuna gəldiyini demək doğru olmazdı. Ciddi münaqişələr yaranmayacaq: cazibəniz buna imkan vermir.

Oxatan – xoş gündür. Emosionalarınız sabitdir, təmkininizi qoruyub saxlaya bilirsiniz. Hətta çətin vəziyyətlərdə belə tövrünüzü pozmursunuz. Sənədlərlə işləyə, hesabatlar hazırlaya bilərsiniz.

Oğlaq – layihələrin, çətin hesablamaların öhdəsindən asanlıqla gəlirsiniz. Humanitar sahədə çalışan Oğlaqlar özlərində gözlənilmədən riyazi bilik “anbarı” aşkarlayacaqlar.

Dolça – yaxınlarınızla münasibətləriniz ahəngdardır. Yeni bir eşq macərasına başlaya bilərsiniz. Əgər artıq kimisə sevirsinizsə, o zaman onu qeyri-adi, hətta ekstravaqant bir çürprizlə sevindirin – əla alınacaq!

Balıqlar – Məhsuldar əməkdaşlığı unudun. Birgə istirahət isə çox yerinə düşər. Maliyyə vəziyyəti sabit deyil: gərəksiz xərclər, lazımsız əşyaların alınması üstünlük təşkil edir. Pullar çox az olsa da, hes olmazsa, vaxtında daxil olur.

Milli.Az

...