GündəmManşetSiyasət

“Ermənilər Edillini azərbaycanlılar üçün həbs düşərgəsi kimi istifadə ediblər” – Foto

“Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış və öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”, – prezidentin köməkçisi bildirib.

H. Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqdan fotolar da paylaşıb:

Bənzər yazılar

Back to top button