Hadisə

Nardaran “işi” ilə bağlı saxlanılan Rövşən İsmayilov sərbəst buraxıldı

2011-ci il mayın 6-da keçirilən hicab aksiyasında saxlanılan Rövşən İsmayılov Astara gömrük-keçid məntəqəsindən ölkəyə giriş edərkən dekabrın 14-də MTN əməkdaşları tərəfindən tutularaq Bakiya gətirilib.

AzToday.az xəbər verir ki, dindar kimi tanınan Rövşən İsmayılov Hacı Taleh Bağırzadə “işi”nə görə saxlanılıb. Halbuki Müsəlman Birliyinin sədri Nardaranda keçirilən “əməliyyat” zamanı tutulan gün Rövşən İsmayılov İraqın Kərbala şəhərini ziyarət etmək üçün ölkədən gedibmiş.

Yaxınlarının verdiyi məlumata görə, MTN əməkdaşları Rövşən İsmayılovdan Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının əleyhinə ifadə almaq istəyiblər. Ağır işğəncələrə məruz qalan Rövşən İsmayılov həbs ediləcəyi ilə hədələnib. Ondan Taleh Bağırzadənin yaxın adamı Cabbar Cabbarovla hansı səbəbdən yaxın münasibətləri olması soruşulub. Fuad Qəhrəmanlı və Taleh Bağırzadənin əleyhinə ifadə verəcəyi tədirdə azad olunacağı bildirilib. Bütün bunlara baxmayaraq Rövşən İsmayılov bununla razılaşmayıb. Hec cür ifadə verməyəcəyini anlayan istintaqçılar Rövşən İsmayılovun yaxınlardan böyük məbləğdə rüşvət verilməsi müqabilində azadlıq vədi veriblər. Əlacsız qalan Rövşən İsmayilovun ailəsi 12 min manat verməklə onu azad etdirə biliblər.

Ondan ölkəni tərk etməmək barədə iltizam alınıb.

Bənzər yazılar

Back to top button