Hadisə

Taleh Bağırzadəyə salam verən hər bir şəxs gec-tez…

2015-ci ilin dekabrında “Nardaran işi”nə saxlanılan dindar Rövşən İsmayilov Polis bölməsinə aparılıb. Səbəb isə Rövşən İsmayilovun “Nardaran işi”nə görə həbs olunan şəxslərin ailə üzvləri ilə əlaqə saxlaması olub.

Rövşən İsmayilov polis tərəfindən döyüldüyü bildirməklə yanaşı həsb edilən Cabbar Cabbarovun qardaşı Ələsgərlə niyə əlaqə saxlaması və həbs edilənlərin ailə üzvlərinə niyə maddi dəstək verilməsi ilə suallarını cavablandırmalı olub. Bu dəfə də sərbəst qalması üçün ailəsi 30 min manat rüşvət verib. Lakin təhlükə hələ sovuşmayıb…

Rövşən İsmayilov AzToday.az-a açıqlamasında Ələsgər Cabbarovun qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilməsinə münasibət bildirərək qeyd etdi ki, bu ittihamların heç bir əsası yoxdur: Mən Cabbar Cabbarovla və Ələsgərlə yaxın münasibətlərim olub. Onlar həmişə qanunsuz iş görməkdən çəkiniblər. İttihamların saxta olduğu hamıya bəllidir. Artıq mənim üçün də təhlükə var”.

Hacı Taleh Bağırzadənin xütbələrində iştiark etdiyini deyən Rövşən İsmayilov hərtərəfli təzyiqlərə məruz qaldığını deyib: “İşdən çıxarılmışam. Ailə üzvlərimiz daim polisin psixoloji təzyiqi altındadır. Bu işə görə 2 dəfə polisə saxlanılmışam. Hər dəfə ağır təhqirlərə və fiziki təzyiqlərə məruz qalmışam. Ancaq hakimiyyətin tələbinə boyun əyməyib əqidədaşlarımın əleyhinə ifadə verməmişəm. Görürəm ki, artıq həyatım üçün təhlükə var. Hacı Talehə salam verən hər bir şəxs gec-tez çevriliş şousunun davam etdirilməsi üçün həbs olunur”.

Aprelin 21-də sərbəst buraxılan və polisdə ölkəni tərk etməməyi tapşırılan Rövşən İsmayilov vəziyyətdən çıxış yolu görmədiyini sözlərinə əlavə etdi.

Bənzər yazılar

Back to top button