Azərbaycanda zəlzələ baş verdi

Print Friendly, PDF & Email

Azərbaycanda zəlzələ baş verib.

AzToday.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 2-də yerli vaxtla saat 10.15-də Oğuz rayonu ərazisində zəlzələ baş verib. Yerin 9 km dərinliyində qeydə alınmış yeraltı təkanların şiddəti episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

...