Analitika

Qarabağda Rusiya – Türkiyə müharibəsi

Bir sıra qərb analitika qruplarının Dağlıq Qarabağda müharibənin tezliklə başlayacağına dair dərc etdikləri hesabatlar ermən lobbisinin sifarişi ilə verilib.

İstiPress-ə bu barədə müsahibə verən politoloq Tofiq Abbasov Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış “ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəsini və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsini şərh edərkən bildirib.

Hər iki məruzədə bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateji tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər.
Tofiq Abbasov bu cür fikirlərin arxasında hər iki ölkə arasında son günlərdə istiləşən münasibətləri soyutmaq niyyətinin durduğunu bildirir:
“Türkiyə onsuz da 20 ildən artıqdır ki, bu münaqişənin içindədir, onu bu münaqişəyə cəlb etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın strateji tərəfdaşı və qardaşıdır. Məhz Qarabağa görə, Ermənistanla bütün diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb”.

Politoloqun fikrincə, ermənilər bundan qorxur və hay-küy qaldıraraq beynəlxalq diqqəti bölgəyə yönəltməyə çalışırlar.

Politoloq Fikrət Sadıxov isə ümumiyyətlə münaqişə barədə belə uzunmüddətli proqnozlar verilməsini doğru saymır:

“Təbii ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır, Ermənistanı qorumaqla bağlı öhdəlikləri var. Amma Azərbaycan Ermənistana hücum etməyəcək və lazım gələrsə, öz ərazilərində təmizlik işləri aparacaq. Buna görə də Rusiyanın münaqişəyə qoşulma ehtmalı azdır”.
Politoloq bildirib ki, qoşunların təmas xəttində müəyyən gərginlik ola bilər:

“Azərbaycan təmas xəttində indi də müəyyən hərbi fəallıq göstərir – Ermənistana məxsus “Osa” ZRK vuruldu, düşmən ordusunun müşahidə-komnada mərkəzi dağıdıldı və s. Amma bu zaman heç bir beynəlxalq hüququ pozmur, çünki beynəlxalq hüquqa görə ona məxsus ərazilərdə əməliyyatlar aparır”.

Fikrət Sadıqovun sözlərinə görə, istənilən halda Azərbaycan danışıqlar prosesini davam etdirəcək. Çünki rəsmi Bakı həmişə münaqişənin dinc yolla həllininn tərəfdarı olduğunu vurğulayıb.

 

Bənzər yazılar

Back to top button