DünyaHadisə

ABŞ-ın Türkiyə hədəfi – Pentaqon terrorçuları silahlandırmağa davam edir (SİYAHI)

ABŞ Müdafiə Nazirliyi Pentaqon PKK terror təşkilatının Suriya qolu YPG-nin quruluşu olan SDG-ni (Suriya Demokratik Qüvvələri) silahlandırmağa davam edir.

AzToday.Az xəbər verir ki, bu barədə hərbi mövzularda xəbərlər yayan ” Military Times” saytı məlumat verib. Xəbərdə bildirilir ki, verilən silahlar arasında avtomatlar, pulemyotlar, minaatanlar, gecə baxış durbini və silaha birləşdirilən qırmızı hədəf lazeri var.

Pentaqonun büdcə hesabatına görə, 2018-ci il maliyyə ilinin büdcəsindəki 64 milyard dollarlıq xarici əməliyyat fondundan 1 milyard 769 milyon dolları təlim-təchiz üçün ayrılıb. Bildirilir ki, bu məbləğin 1 milyard 269 milyon dolları İraq, qalan 500 milyon dolları isə Suriyada aparılacaq təlim-təchiz proqramına ayrılıb.

Pentaqonun sənədində silahların veriləcəyi qruplar barədə “Nəzarətdə olan Suriya müxalifəti” qeydi olsa da silahların böyük hissəsinin SDG-yə veriləcəyi deyilir. Həmçinin, Suriyanın bəzi bölgələrində ABŞ tərəfindən dəstəklənən, İŞİD-lə mübarizə aparan digər ərəb qruplaşmaların da bu silahlardan istifadə edəcəkləri bildirilir.

Sənəddə silahların siyahısı belə açıqlanıb:
12 000 Kalaşnikov avtomatı
6 000 PKM pulemyotu
3 500 DŞK pulemyotu
3 000 RPQ-7 qumbaraatan
1 000 SPS-9 tank əleyhinə raket
80 ədəd 60 mm qaubitsa
80 ədəd 82 mm qaubitsa
75 ədəd 120 mm qaubitsa

İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Rayn Dillon YPG-yə veriləcək silahlar barədə Ankaraya məlumat veriləcəyini deyib. Jurnalistlərə açıqlama verən Dillon bu silahların seriyası, miqdarı və tipləri barədə Türkiyə ilə şəffaf əməkdaşlıq edəcəklərini bildirib. Dillon həmçinin, İŞİD-in bütün bunlardan xəbər tutmaması üçün məlumatın ictimaiyyətə açıqlanmayacağını da vurğulayıb.

ABŞ-ın Suriyada İŞİD-lə mübarizə adıyla PYD/PKK-ya hərbi dəstəyi davam edir. Bir gün əvvəl gecə saat 22.00-də silah-sursatla dolu 70 TIR ABŞ-ın Hasekedeki Rumeylan hərbi hava bazasından yola düşüb. TIR-larda yanacaq tankerləri, yolsuzluq avtomoblləri və ilk dəfə karavanlar müşahidə edilib.

Haber7.com

Bənzər yazılar

Back to top button