Gəncə universitetində vəzifə davası – dekanı yumruqla yerə sərdilər

Print Friendly, PDF & Email

Gəncə Dövlət Universiteti Fizika fakültəsinin koridorunda əlbəyaxa döyüş hadisəsi baş verib.

AzToday.Az xəbər verir ki, bu barədə “Xalqxeber.az”ın redaksiyasına məlumat daxil olub.

Məlumatda bildirilir ki, Yusif Yusibovun ən yaxın adamlarından biri olan Elxan İsmayılov müavini olduğu fakültə dekanı Muğan Quliyevi bir yumruqla yerə sərib. Hadisəyə Muğan Quliyevin rektorluq uğrunda apardığı mübarizənin səbəb olduğu bildirilir.

Məlumata görə, Muğan Quliyevə bu işdə, yəni rektor olmaq işində Teymur İsmayılov və Prezident Aparatında işləyən yaxın qohumu köməklik edir.

Teymur İsmayılov, Həsənbala Sadıqov, universitetin digər tanınmış professorları və bir qrup müəllim kollektivi tərəfindən Yusif Yusifovu ifşa edəcək faktlar Prezidentə göndərilib.

“Universitetin birinci prorektoru Fəxrəddin Məmmədov da Muğan Quliyevin tərəfindədir. Biz yaxın vaxtlarda Muğan Quliyevlə Fəxrəddin Məmmədovun səs yazılarını Sizə göndərəcəyik. Dəqiqləşdirilmiş məlumatlara ğörə Muğan Quliyevin sənədləri artıq Prezidentə təqdim olunub. Yaxın gunlərdə bu barədə fərman gözlənilir.

Bundan duyuq düşən rektor öz əlaltısı olan Elxan İsmayılovu Muğan Quliyevə qarşı qaldırıb. Bu işlərdə yaxşı təsrübəsi olan Elxan İsmayılov isə müavini olmasına baxmayaraq mübahisə zəminində öz dekanına yumruq atıb.

Hadisə axşam saat 18.00-da baş verib. Bu iş vaxtıın sonlarında baş verdiyi üçün binada çox az adam olub. Onları binada işləyən texniki işçilər ayırdı. Muğan Quliyevin isə hadisənin ört-basdır edilməsi üçün həmin işcilərə müəyyən məbləğdə pul verdiyini gördük.” – deyə redaksiyaya məlumat verən mənbə bildirib.

...