Bürclər: 4 iyun

Print Friendly, PDF & Email

Qoç – günün ilk yarısında problemlərin sayı az deyil. Onları aktuallıq baxımından sıralayıb həll edin. Günün ikinci yarısı isə daha uğurludur. Yeni təkliflər alacaqsınız. Müsbət emosiyalara ehtiyacınız varsa, onları rədd etməyin.

Buğa – dünənki gündən fərqli olaraq, bu gün daha uğurludur. Amma yenə də narazısınız. Bəzi işləriniz alınmır. Qohumlarla münasibətlərdə anlaşılmazlıqlar var, ancaq hələ açıq danışmağın zamanı deyil.

Əkizlər – bütün gününüzü problemlərin həlli yollarını düşünməyə sərf etməyin. İdmanla məşğul olun, açıq havada aktiv istirahət edin. Ədalətsizliklə barışmayın, ikiüzlü insanlardan uzaq durun.

Xərçəng – çox böyük məmnuniyyətlə nazlanır, flirt edirsiniz. Ancaq daha ciddi münasibətilər qurmağa tələsmirsiniz. Haqlısınız, gün romantik başlanğıclar üçün uyğun deyil.

Şir – ciddi problemləriniz yoxdur, qarşınızda yaxşı perspektivlər açılır. Ancaq bütün imkanlardan vaxtında yararlana bilmir, ləngliyinizə görə özünüzü günahlandırırsınız.

Qız – çox güman ki, başqalarının bəzi ideyaları sizin planlarınızdan daha yaxşı olsun. Enerjiniz çoxdur. Xeyli işi eyni zamanda görməyinizə rəğmən yorğunluq hiss etməyəcəksiniz.

Tərəzi – bu gün sevinmək üçün xeyli səbəbiniz var. Yaxınlarınız sizə sürpriz edəcəklər. Ola bilsin ki, uzaqdan xoş xəbər alasınız. Ünsiyyət üçün açıqsınız, asanlıqla tanış olur, sizi ilk dəfə görənləri özünüzə valeh edirsiniz. Mövcud olan münasibətlərinizi də asanlıqla yaxşılığa doğru dəyişə bilərsiniz.

Əqrəb – yaradıcı potensialınız yüksək səviyyədədir. Həyatınızı parlaq və daha maraqlı edə bilərsiniz. İstənilən işdə fantaziyanızdan yararlanaraq orijinallıq göstərdiyinizə görə rəqibləriniz təslim olacaqlar.

Oxatan – bu gün təzəliklə başladığınız işləri bitirə, dünəndən sizi məşğul edən suallara cavab tapa bilərsiniz. Yaxınlarınızla münasibətlərinizdə sakitlik hökm sürür, narahat olmağa əsas yoxdur. Günü ailə üzvlərinizlə bir arada keçirməklə xeyli müsbət emosiya qazanacaqsınız.

Oğlaq – bu gün həmçinin köhnə dostlarla görüş üçün də münasibdir. Birlikdə keçmişi yada salarkən ağlınıza maraqlı ideyalar gələcək. Yeni tanışlar tapa bilərsiniz, amma hadisələri tələsdirmək lazım deyil: qarşınızdakına təşəbbüs göstərməyə imkan yaradın.

Dolça – tələsin! Əla gündür və əgər nağıl kimi görünən perspektivi gerçəkləşdirmək istəyirsinizsə, ondan səmərəli istifadə edin. Tərəfdaş və həmfikir tapmaq çox asandır – sizin “uğur auranız” onları ciddi cəlb edir. Üstəlik, öz müsbət emosiyalarınızı çox həvəslə paylaşırsınız, bu da sizi cazibədar edir.

Balıqlar – sizin üçün gözlənilməz olan yeni bir macəra başlana bilər. Sevən Balıqlar öz yarlarını sevindirmək üçün səbəb tapacaqlar.

Milli.Az

...