Bizim seçimGündəmHadisəManşetXəbərlər

Generallar Prezident Administrasiyasında əlbəyaxa oldu – “Casus işi”

Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı sensasion sayıla biləcək məlumat yayılıb.

Xatırladaq ki, AzPolitika.info saytı Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, generalın işinin itirilməsində Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu olub:

“Adının çəkilməsini istəməyən ekspertlərdən biri “AzPolitika”ya açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib. “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.

Hərbi ekspert Üzeyir Cəfərli də Vahid Əliyevin işdən çıxarılmasını onun işindəki çatışmazlıqlarla əlaqələndirib:  “Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi”.

AzToday.az-a daxil olan məlumatda iddia olunur ki, Milli Orduda yaşanan casus qalmaqalında Vahid Əliyevin heç bir rolu olmayıb. Əksinə “Casus işi” ilə bağlı Prezident Administrasiyasında keçirilən müşavirədə Vahid Əliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadikovu birinci günahkar şəxs hesab edib. Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi müşavirədə iştirak edən Nəcməddin Sadikovun Vahid Əliyevə cavabı çox ağır olub. Məlumatda iddia olunur ki, ağır təhqirli cavabdan sonra Vahid Əliyevlə Nəcməddin Sadikov əlbəyaxa olublar.

Bu hadisə səbəbindən Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırıldığı deyilir. Nəcməddin Sadikovun hansı şəkildə cəzalandırıldığı məlumatda əksini tapmayıb.

İlqar Gülməmmədov

Bənzər yazılar

Back to top button