İqtisadiyyat

“SOCAR-da baş tutmuş FETÖ əməliyyatları bəzi şəxslərə qarşı olub”

“TANAP layihəsi başa çatdıqdan sonra Türkiyədə təbii qaz qiymətlərinin ucuzlaşacağı istisna edilmir.”

AzToday.Az xəbər verir ki, bu barədə “SOCAR Türkiye” şirkəti İdarə Heyətinin sədri Vaqif Əliyev məlumat verib.

Şirkət rəhbəri, “Petkim”i Türkiyədən alarkən qiymətindən iki qat artıq pul ödədiklərini, bu istiqamətdə fədakarlıq etdiklərini deyib.

“Türkiyəyə qoyulan investisiyalar bizim üçün strateji əhəmiyyətə malikdir. Fədakarlıq etdik. İndiyə qədər Türkiyəyə qoyduğumuz investisiyalardan heç pul qazanmamışıq. Mütəmadi olaraq investisiya qoyuruq və bu ölkədə 9 ildir sadəcə gələcək üçün işləyirik.” – deyə “SOCAR Türkiye” şirkəti İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

SOCAR və “Petkim”də baş tutmuş FETÖ (Fətullahçı Terror Qruplaşması) əməliyyatları barədə də danışan Vaqif Əliyev vurğulayıb ki, bu əməliyyatlar şirkətə qarşı yox, müəyyən şəxslərə qarşı olub: “Hər cür radikal qruplaşmaların dövlətə təsir göstərməsinin qarşısı alınmalıdır.” – deyə Əliyev qeyd edib.

Habertürk

Bənzər yazılar

Back to top button