“Sensasion həftə bizi gözləyir, istefalar gözlənilir”

Print Friendly, PDF & Email

“Jurnalistlər hazır olsun: sensasiyalarla dolu həftəyə qədəm basırıq. İpucu olaraq yalnız onu deyə bilərəm ki, bəzi ölkələr qızışacaq, bəziləri isə qızacaq…”. Bu sözləri astroloq Səbuhi Rəhimli öz “Facebook” hesabında yazıb.

“Qaynarinfo” daha ətraflı məlumat əldə etmək üçün astroloqla əlaqə saxlayıb. Səbuhi Rəhimli ajiotaja səbəb olan paylaşımını belə şərh etdi:

“Əslində açıqlaya biləcəyim qədərini statusumda yazmışam. Sadəcə mən dünyanın ictimai-siyasi mənzərəsini zaman-zaman astroloji xəritə ilə izləyirəm. Bəzən olur ki, planetar neqativlik, planetar qarşıdurmaları görürəm və bir az da zarafata salıb qeyd edirəm. Demək istədiyim odur ki, çox sensasion bir həftə bizi gözləyir. Əslində bu yazı ilə xalqı yox, jurnalistləri diqqətli olmağa çağırmışam. Yazmağa hazır olsunlar. İstefalar gözlənilir. Konkret deyə bilmərəm nə olacaq, ancaq çox qarışıq həftədir”.

...