Cəmiyyət

Tağım komandirinin 150 minlik maşını və 20 minlik nömrəsi – FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri Aydın (soyadını dəqiqləşdirmək mümkün olmayıb) adlı polis əməkdaşının istifadə etdiyi avtomobilin fotoları yayılıb.

AzToday.Az veteninfo.az saytına istinadən xəbər verir ki, tağım komandiri DYP tərəfindən onun üçün ayrılan xidməti avtomobildən yox, 150 min manat dəyəri olan “Lexus” markalı şəxsi maşınından istifadə edir.

Tağım komandirinin maşınının dövlət nömrə nişanı isə 10 YY 300-dür. Sayt yazır ki, bu nömrənin qiyməti 20 min manatdır. Bəs Aydın adlı polis əməkdaşı 150 min manat dəyərində maşını və 20 min manatlıq nömrəni dövlətin ona verdiyi 600-700 manatlıq aylıq maaşla necə alıb?

Məlumata görə, Aydın əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, bir müddət əvvəl təqaüdə göndərilən Həsən Şirinovun köməkçisi olub.

Bənzər yazılar

Back to top button