AnalitikaDünya

Vəhhabi kralın əməli, Vaşinqtonun hədəfi – Qətər hara gedir?!

Son günlər Qətər ətrafında yaranmış diplomatik qalmaqallar səngimək bilmir. Başda Səudiyyə Ərəbistanı olmaqla bəzi ölkələr Qətərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. AzToday.Az xəbər verir ki, türkiyəli politoloq Engin Özer, nişangahda Qətər görünsə də hədəfdə Türkiyə olduğunu iddia edib.

Politoloq bildirir ki, bu məsələdə ABŞ ilə Səudiyyə Ərəbistanının mənfəəti var və sanksiyalar bu mənfəətlər istiqamətində atılmış addımların təzahürüdür.

“Bildiyimiz kimi rəsmi Vaşinqton 11 sentyabr hadisələri ilə əlaqədar Səudiyyə Ərəbistanını ittiham edən qərar qəbul etmiş, daha sonra bu ölkənin ABŞ-da olan 750 milyard dollar dəyərindəki aktivlərini dondurmuşdu.

Bu baş verənlərdən sonra ABŞ-ın yeni prezidenti rəsmi Riyadla olan bütün problemlərin həllini tapdığını açıqlamışdı. Bu bəyanatdan sonra Amerikan mətbuatında iki ölkə arasında gizli razılama olması barədə xəbərlərə yer verilmişdi. “Bu razılaşmaya görə Yaxın Şərqdə və Afrikada Amerikanın nəzarətindən çıxmış Türkiyənin yerini Səudiyyə Ərəbistanı tutmalıdır. Səudların rəsmi Ankaranı çıxılmnaz vəziyyətə salacaq bəzi həmlələri qarşılığında Tramp administrasiyası S. Ərəbistanına qarşı qaldırılan 11 sentyabr iddialarından imtina edəcək və Səudların dondurulmuş aktivlərdən istifadə etməsi təmin ediləcək”. Gizli razılaşma ümumi planda bu cürdür.”  

Qətərin Türkiyənin yaxın müttəfiqi olduğunu xatırladan Özer, iki ölkə arasındakı əməkdaşlığın narahatlıq yaratdığını qeyd edib.

“Qətər məsələsinə gəldikdə isə, bildiyimiz kimi Qətər Türkiyənin ən yaxın müttəfiqlərindən biridir, bu ölkədə Türkiyənin hərbi bazası var və Səudiyyə Ərəbistanının nöqteyi nəzərindən Qətər strateji əhəmiyyətə malik bir ölkədir. Son günlərdə Qətərin ABŞ-dan çox Ankara ilə hərb və maliyyə sahəsində əməkdaşlıq etməsi və “Müsəlman qardaşlar”la münasibətləri vəhhabi rejimin əks-reaksiyası ilə qarşılanır.”   

Engin Özer Qətərə qarşı tətbiq edilən sanksiyaları axmaqlıq adlandırıb.

“Vəhhabi inancını digər ölkələrdə yayılması üçün milyardlarla dollar xərcləyən Səud rejimi və nəzarətindəki ölkələrin bu cür addım atması sadəcə axmaqlıqdır. Burada səud rejiminə belə bir sual verilə bilər: Suriyada Səud rejiminin silahlandırdığı qondarma islam ordusu Qətərin dəstək verdiyi “Azad Suriya Ordusu”ndan daha demokratikdirmi?!”

Türk politoloq bildirib ki, bu qərarı ABŞ prezidenti Tramp verib və Səudiyyə Ərəbistanı həyata keçirir.

“Bu, əslində Trampın əmri ilə Türkiyəyə qarşı verilmiş qərardır. Səudiyyə Ərəbistanının bu qərara dəstək verməsi Suriyada yeni başlayan Rusiya-Türkiyə strateji əməkdaşlığına verilən reaksiyadır. Açıq-aşkar görünür ki, Tramp mənfur biznesmen kimi hərəkət edir, verdiyi qərarlar regionda insidentlərin çoxalmasına səbəb olacaq.”

Politoloq Amerikanın bölgədə öz mənfəətləri üçün ucuz və zəif kukla axtardığını iddia edib.

“Türkiyənin Suriya siyasəti tamamilə uğursuzluğa düçar oldu. Məsələyə bu cür yanaşsaq baş nazirin bəyanatını başa düşərik. O, usta bir siasətçi kimi gərginliyi azalatmağa çalışır. Amma biz bilirik ki, rəsmi Vaşinqtonun bu qruplaşmalarla uzun vədəli əməkdaşlığı olacaq. Suriyanın gələcəyi barədə barədə Ankara ilə ABŞ rəhbərliyinin fərqli hədəfləri var. Bu səbəbdən də Türkiyə – Amerika münasibətlərinin yaxın vaxtlarda özünə gəlməsindən söhbət gedə bilməz. Əgər rəsmi Vaşinqtonun dərdi Suriya üçün “taktiki əmədaşlıq” olsaydı, Türkiyə ilə əməkdaşlıq edərdi. Tramp, sadəcə olaraq bölgədə zəif və ucuz kukla axtarışındadır.” – deyə poltoloq bildirib.

Bənzər yazılar

Back to top button