Gündəm

Metro istifadəçilərinin diqqətinə – keçidlər çəpərlənəcək (FOTO)

 

“Neftçilər” stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.

AzToday.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, yenilənmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur.

1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Yenilənmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək.

Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək.

Yeniləşmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.

Bənzər yazılar

Back to top button