Türk müəllimin Bakıda yaşadığı iftar macərası – Bura ölü çadırıdır, ölü çadırı!

Print Friendly, PDF & Email

Bakıda fəaliyyət göstərən Türk litseyinə yeni təyin edilən türkiyəli müəllim Azərbaycana gəldiyi ilk gün qeyri-adi hadisə yaşayıb.

AzToday.Az xəbər verir ki, bu barədə məşhur azərbaycanlı səyyah, Nizami Gəncəvinin nəvələrindən olan Əlişir Əhmədli sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Əlişir Əhmədli hadisəni müəllimdən şəxsən dinlədiyini bildirib.

“Bakıda fəaliyyət göstərən Türk litseyinə Türkiyədən yeni müəllim təyin edilir. Bakıya bazar günü gələn müəllim ramazan ayı olduğu üçün orcludur. İftar etmək üçün yer axtarır və tanımadığı şəhərdə hansı restorana kafeyə girirsə spirtli içki satışı olduğu üçün ordan uzaqlaşır. Müəllim axtarışa davam edərkən məhəllələrdən birində çadırla (Türkiyədə imkansızlar və evinə çata bilməyənlər üçün çadır quraraq iftar süfrəsi açmaq ənənəsi var) rastlaşır. Müəllim bunu iftar çadırı hesab edərək sevincək içəriyə daxil olur. Görür ki, insanlar yemək yeyir, çay içir, siqaret çəkir. O anda türk müəllimlə çadırdakı bir nəfər arasında maraqlı dialoq baş verir.

– Ezan okundumu?

– Nə ezan, ezan nədir, sənə nə lazımdır?

– Burası iftar çadırı deyilmi?

– Nə iftar çadırı! Buralarda iftar çadırı olmaz. Bu ölü çadırıdır, ölü çadırı.

Müəllim sürətlə çadırdan çıxır. Nəhayət bir dönərxana tapır və ayaqüstə orucunu açır.”

...