Qızına 400 min dollarlıq toy edən məmurla bağlı – RƏSMİ AÇIQLAMA

Print Friendly, PDF & Email

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmır.

APA-nın məlumatına görə, bu barədə baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı müraciət daxil olmayıb: “Belə araşdırma olanda, biz bu barədə ictimaiyyətə məlumat veririk”.

...