Beyləqanda məmur özbaşınalığı – yerli sakinlərə divan tutulur

Print Friendly, PDF & Email

Beyləqan rayonu sakini Anar Zeynalov Dövlət Əmlak komitəsinin 6 saylı Daşınmaz Əmlak reyster Xidmatinin rəisi Qasım Əliyev və onun komandasının, həmçinin 6 saylı Layihə Təhqiqat idarəsinin rəisi Bəhmən İsayev və onun əməkdaşarından biri olan mühəndis Mənsur Kərimovun özbaşınalığından şikayətçidir.

A. Zeynalovun video-çarxda göstərdiyi bölgədə dövlətə aid torpaqların bələdiyyə torpağı kimi bəzi vətəndaşlara satıldığı bildirilir. Şikayətçi bildirir ki, Bəhmən İsayevlə Qasım Əliyev özlərinin “standartlarına” uyğun olan vətəndaşların torpaqlarına çıxarış veriblər.

Həmin yerdə Salmanova Nuranə Vidadi qızının yaşadığı 0.006 ha həyətyanı ərazi üçün prezident İlham Əliyevin 2007-ci il 28 fevral tarixli 536 saylı fərmanı ilə təsdiq olunmuş Azərbaycan respublikasının Torpaq və Xəritəçəkmə komitəsinin sənədini alıb. Bəhmən İsayevlə Qasım Əliyev isə bunun saxta sənəd olduğunu israrla iddia edərək vətəndaşı get-gələ salırlar.

Həmin əraziyə yol çəkilməməsinin səbəbi kimi də Bəhmən İsayevlə Qasım Əliyev göstərilir. Belə ki, həmin şəxslərin bu yerlərin planda olmamasını bildirmələrinin bu yerlərə yol çəkilişinə mane olduğu iddia edilir.

Şikayətçi şəxs ölkə prezidentinə və aidiyyəti qurumlara müraciət edərək Bəhmən İsayevlə Qasım Əliyevin, onların işçilərinin fəaliyyətlərinin araşdırılmasını xahiş edir.

...