DünyaManşet

İranda İmam Xomeyni türbəsinə silahlı hücum olub, iki nəfər ölüb

İran İslam Respublikasının paytaxtı Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə silahlı hücum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, türbədə partlayış törədilib.

Kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb.

Türbəyə hücum edən iki silahlı isə tutulub. Hücum nəticəsində yaralananların olduğu bildirilir.

İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bildirilir ki, onlardan biri öldürülüb, biri dərman ataraq, intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib.

Bəzi məlumatlara əsasən, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.
Məlumata görə, türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bənzər yazılar

Back to top button