Dünya

Hücumu İŞİD törədib, 7 ölü var – RƏSMI AÇIQLAMA

Rəsmi Tehran bu səhər paytaxtda baş vermiş silsilə terror aktları barədə açıqlama verib.

AzToday.Az xəbər verir ki, bu barədə İranın “Təsnim” agentlkiyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hücumları İŞİD terror qruplaşması törədib. Həmçinin baş vermiş terakt nəticəsində ümumilikdə 7 nəfərin öldüyü, 4 nəfərin isə girov götürüldüyü bildirilir.

İranın Daxili İşlər Nazirliyi isə hadisələrin baş verdiyi yerlərdə vəziyyətin nəzarət altında olduğunu, qorxuya düşəcək heç bir şey olmadığını açıqlayıb.

Xatırladaq ki, bu səhər İranın paytaxtı Tehranda parlamentdə, imam Xomeyni türbəsində 2 dəfə də metroda terakt və silahlı insidentlər baş verib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button