Ordumuz bir neçə saata İrəvanı alt-üst edəcək – Ermənistan QORXU İÇİNDƏ

Print Friendly, PDF & Email

“Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin hər an başlaya biləcəyini açıqladı. Müharibə tərəflər arasında onsuz da iki onillikdir gedir, lakin söhbət genişmiqyaslı müharibədən gedirsə, bunun olması da istisna deyil. Ermənistan bu müharibəyə nə qədər hazırdır? Hakimiyyət aprel müharibəsindən sonra hər şeyə hazır olduğunu deyir. Bu, ilk növbədə o deməkdir ki, Ermənistan aprelə qədər heç nəyə hazır deyildi. Digər tərəfdən, Ermənistanın apreldən sonra, yəni bu gün də heç nəyə hazır olmadığı ortadadır”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti aprel məğlubiyyətindən heç bir nəticə çıxarmadı: “Sistemdə keyfiyyətə doğru dəyişiklik baş vermədi. Ümumiyyətlə, Ermənistan durğunluq vəziyyətdədir və açıq-aşkar hakimiyyət daxilində intirqalar qızışıb. Ölkədə bütövlükdə daxili siyasi mübarizə gedir. Bu, ciddi təhlükədən xəbər verir, çünki irəliləmə yox, geriləmə baş verir”.

Erməni siyasi şərhçi qeyd edib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır.

“Belə görünür ki, rəqib (Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə bilər”, – deyə o vurğulayıb.

...